Haqqımızda
Bu gün onlayn satış bir çox şirkətin istifadə etdiyi bir sistemdir. Bunun başqa adı e-ticarətdir. Böyük və ya kiçik-bütün şirkətlər bu gün dövriyyəsini artırmaq və e-ticarətlə daha geniş kütlələrə çatmaq istəyir. Bu yolla daha çox müştəriyə çatmaq daha asandır. Əgər normal bir mağazanız varsa, iş saatları və müəyyən qaydaları da var. Ancaq bu sistemdə mağazanız 7/24 işləyəcək. Bu, müştərilərlə dərhal əlaqə qurmağa imkan verəcəkdir.
Şirkətimiz korporativ və fərdi E-ticarət saytlarının hazırlanması sahəsində müxtəlif xidmətlər göstərir. Biz müştərilərimizin veb saytlarından qazanmalarını təmin edirik.
İlk növbədə, məqsədimiz, şirkərləri və ya fərdləri e-ticarət apararkən bir-birləri ilə rəqabətdə izlədikləri yol haqqında məlumatlandırmaq və onları düzgün bir strategiyaya yönəltməkdir. Əsas prinsiplərimiz:
• Ehtiyacları müəyyən etmək;
• Təqdimatların və dizaynların Dünya Standartlarına uyğun hazırlanmasını təmin etmək;
• Şirkətin e-ticarətdən gözləntilərini tam ödəməsini təmin etməkdir.
Müştərilərimizə e-ticarət saytları ilə bağlı bir çox xüsusiyyət təqdim edirik. Limitsiz kateqoriya və məhsul seçimi, məhdudiyyətsiz üzv qeydiyyatı, virtual pos sisteminin istifadəsi, istifadəsi asan funksional sahələr, sifariş qəbul etmək üçün xüsusi bir bölmə və çox detallı idarəetmə paneli ilə istədiyiniz bütün xüsusiyyətlərə sahib bir saytınız olur və sizdə e-ticarətin yeni üzvlərindən birinə çevrilirsiniz.
Bizim missiyamız müştərimizin e-ticarət məqsədlərini həyata keçirərkən texniki problemlərə vaxt itirmələrinin qarşısını alaraq onların rəqabət qabiliyyətini artıtmaq və işlərinə diqqət yetirmələrini təmin etməkdir.