E-Ticarət Saytlarına Texniki Dəstək
Web saytınızın hazırlanma müddətindən sonra, ortaya çıxan iş nə qədər gözəl olursa olsun, sonradan alacağınız dəstək xidmətləri dayandırılmamalıdır. Saytınızıda baş verə biləcək problemlərin zəmanət altında olması, istifadəçi və ya idarəçi tərəfindən yarana biləcək hər hansı bir problemə anında müdaxilə edilməsi vacib amillərdən sayılır. Veb saytınıza əlavələrin edilməsi və texniki baxışın keçirilməsinə ehtiyac duyulur.
Saytlara texniki dəstək xidməti çərçivəsində biz saytlarınızda yaranan problemləri qısa zaman ərzində həll edirik. Həmçinin yaranan problemlərin həllini araşdırıb birdəfəlik həll yollarını da sizə təklif edirik. Saytın işləməməsi, problemli açılması biznes imicinizə mənfi təsir göstərəcəkdir. Bu kimi problemlər yaşamaq istəmirsinizsə texniki dəstək xidmətimizdən istifadə edə bilərsiniz.